14:05 10-07-2021
news_image
99
FUTBOL

Yeni transferini təqdim etdi – “Arsenal”

“Arsenal” müdafiənin sol cinahını gücləndirib.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yeni transferini təqdim edib.

London təmsilçisi “Benfika”nın gənc oyunçusu Nuno Tavareşi heyətinə qatıb. Portuqaliyanın gəclər millisinin üzvü yeni komandası ilə uzunmüddətli müqavilə bağlayıb. 21 yaşlı müdafiəçi “kanonirlər”ə 7 milyon avroya başa gəlib.

Qeyd edək ki, Nuno Tavareş 2015-ci ildən formasını geyindiyi “Benfika”dan əvvəl “Kasa Pia” və “Sportinq”də çıxış edib.