23:25 10-07-2021
news_image
219
FUTBOL

“Lester”dən ayrılmaq istəyir – “Liverpul”a görə

Belçika millisinin futbolçusu Yuri Tilemans klubunu dəyişmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Lester”in futbolçusu klubdan ayrılmaq istəyir.

24 yaşlı orta sahə oyunçusu yeni komandasını da müəyyənləşdirib. O, uşaqlıqdan azarkeşlik etdiyi “Liverpul”un formasını geyinmək arzusundadır. Tilemans bu istəyini “Lester” rəhbərliyinə də çatdırıb. “Liverpul”un da oyunçu ilə maraqlandığını nəzərə alsaq, bu keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Yuri Tilemans “Lester”ə 2019-cu ildə “Monako”dan keçib.