14:31 10-07-2021
news_image
190
FUTBOL

Premyer Liqadan futbolçu transfer edir – “Beşiktaş”

Transfer çalışmalarını sürətləndirən “Beşiktaş” daha bir futbolçu ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa çempionu Dieqo Kostadan sonra Raşid Qezzalı da transfer etməyə hazırlaşır.

İstanbul təmsilçisi ötən mövsüm icarə əsasında bu komandada çıxış edən əlcəzairli hücumameyilli oyunçunu bu dəfə birdəfəlik transfer edəcək. Qezzalın özü ilə şəxsi müqavilə razılaşdırılıb. O, bonuslarla birlikdə illik 3 milyon avroluq qazanca müsbət cavab verib. “Beşiktaş” rəhbərliyi hazırda keçidin reallaşması üçün “Lester”lə danışıq aparır.

Qeyd edək ki, Raşid Qezzalın “Lester”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.