15:12 10-07-2021
news_image
1472
FUTBOL

"Neftçi" Mussa Kulibali ilə maraqlanır – YALNIZ BİZDƏ

Malili futbolçu Mussa Kulibali karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, mərkəz müdafiəçisi “Neftçi”nin maraq dairəsinə düşüb.

Son olaraq “Fulad”da çıxış edən 28 yaşlı oyunçunun İran klubu ilə müqavilə müddəti başa çatıb. Heyətində cəmi 4 müdafiəçi qalan “Neftçi” bu mövqeyə daha iki nəfəri cəlb etməyi planlaşdırır ki, Kulibali də variantlardan biridir. Futbolçu azad agent statusu daşıdığından, Azərbaycan çempionu ilə anlaşacağı təqdirdə, keçid pulsuz başa gələcək.

Qeyd edək ki, karyerası ərzində yalnız Mali və İran klublarında çıxış edən Mussa Kulibali ölkəsinin U-20 yığmasında 3 oyun keçirib.