15:34 10-07-2021
news_image
227
AVRO-2020

UEFA ingilisləri cərimələdi – AVRO-2020

UEFA İntizam Komitəsi İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

Apasport.az saytının məlumatına görə, buna səbəb AVRO-2020-nin yarımfinal mərhələsində Danimarka ilə qarşılaşmada ingilis azarkeşlərin hərəkəti olub.

Matçın sonlarında penalti epizodu zamanı rəqibin qapıçısı Kasper Şmeyxellin gözünə lazer işığı salmaq ingilislərin 30 min avro məbləğində cərimələnməsinə gətirib çıxarıb.

Qeyd edək ki, yarımfinalda Danimarkanı 2:1 hesabı ilə məğlub edən İngiltərə millisi sabah “Uembli”də İtaliyaya qarşı final matçına çıxacaq.