16:03 10-07-2021
news_image
175
FUTBOL

Deşamı gözləyir – Zidanın

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yeni hədəfini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “kral klubu”ndan yenicə ayrılan fransalı mütəxəssis klub çalışdırmaq fikrindən uzaqdır.

Hazırda istirahətdə olan Zizu klublardan gələcək təklifləri rədd etmək qərarına gəlib. Çünki 49 yaşlı çalışdırıcının hədəfi Fransa millisinə rəhbərlik etməkdir. O, gələnilki dünya çempionatından sonra Didye Deşamın ayrılmasını gözləyəcək.

Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində yalnız “Real”da çalışıb.