16:43 11-07-2021
news_image
336
FUTBOL

Hər gün 100 min avro itirir - Messi

Argentina millisinin kapitanı Lionel Messi ciddi maliyyə itkisi ilə üzləşir.

Apasport.az saytının məlumatına görə, bu, 34 yaşlı superulduzun azad agent statusu daşımasından qaynaqlanır.

“Barselona” ilə müqavilə müddəti iyunun 30-da başa çatan Leo hər gün təxminən 100 min avro itirir. Bunun fonunda gələcək taleyi qeyri-müəyyən olmasına baxmayaraq, sponsorlarının heç biri onunla əməkdaşlığı dondurmayıb.

Qeyd edək ki, Messinin “Barselona”da illik qazancı 139 milyon avroya bərabər idi.