17:16 10-07-2021
news_image
224
AVRO-2020

Final öncəsi zədələndi – AVRO-2020

İngiltərə millisi AVRO-2020-nin final oyununa bir itki ilə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb yarımmüdafiəçi Fil Fodenin zədələnməsidir.

Gənc futbolçu “Dumanlı Albion” təmsilçisinin bugünkü məşqinə qatılmayıb. Məşqçilər korpusu 21 yaşlı orta sahə oyunçusunu həlledici qarşılaşma öncəsi riskə atmamaq üçün məşqlərdən azad edib. Foden zədə səbəbindən 1/8 final və 1/4 final oyunlarını buraxıb, yarımfinalda isə əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, AVRO-2020-nin final oyunu sabah İngiltərə ilə İtaliya arasında Londondakı “Uembli” stadionunda keçiriləcək.