17:53 10-07-2021
news_image
1238
FUTBOL

Türkiyə klubuna “yox” dedi – “Qarabağ”a görə

“Qarabağ”ın yeni transferi Abdul-Aziz Yakubunun keçidi Ağdam klubuna heç də asan başa gəlməyib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya klubu “Vitoriya”dan alınan gənc hücumçu Azərbaycana yollanmaq üçün Türkiyə variantından imtina edib.

Məsələ burasındadır ki, TFF I Liqa təmsilçisi “Samsunspor” da qanalı forvardın keçidində maraqlı olub. Samsunlular hətta 23 yaşlı qolçunun özü və klubu ilə danışıq da aparıb. Lakin Yakubu “Neftçi” kimi, “Samsunspor”a da “yox” cavabını verib.

Qeyd edək ki, Abdul-Aziz Yakubunun “Qarabağ”la 4 illik müqavilə imzalaması gözlənilir. Bu keçidin “Vitoriya”ya təxminən 1 milyon avro qazandıracağı bildirilib.