20:38 10-07-2021
news_image
270
FUTBOL

"Sivasspor"a uduzdu - "Sumqayıt"

2021/22 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Superliqasını 5-ci sırada bitirərək UEFA Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb.

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə, penalti) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.

10 iyul
Yoxlama oyunu
"Sumqayıt" - "Sivasspor" - 0:2


Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda Türkiyənin "Keçiörengücü" klubuna da 0:2 hesabı ilə uduzub.