23:22 10-07-2021
news_image
223
TOP OYUNLARI

Yenə də məğlub oldu - voleybolçularımız

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda Polşada beynəlxalq turnirdə ikinci matçına çıxıb.

İyulun 11-dək davam edəcək ənənəvi “Vaqner Memorial”ın II turunda millimiz ev sahibləri ilə görüşüb. Voleybolçularımız yenə 0:3 hesablı məğlubiyyətə üzülüblər.

İkinci oyun günündən sonra Polşa 6, Misir 5, Norveç 1 xala malikdir. Millimiz isə xalsızdır. 

Dairəvi sistemlə keçirilən turnirin son turunda yığmamız Norveçi sınağa çəkəcək. 

“Vaqner Memorial” turniri
II tur
10 iyul

Polşa - Azərbaycan - 3:0 (25:15, 25:12, 25:10)