10:46 11-07-2021
news_image
223
FUTBOL

“Ötən mövsüm onların yoxluğunu hiss etdik” - Xayme Romero

"Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır”. 

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero deyib. 

İspaniyalı yarımmüdafiəçi klubunun saytına Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini deyib: “Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəsləndirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".