14:41 11-07-2021
news_image
291
FUTBOL

“Qarabağ”ın ilk hədəfini açıqladı - Şahruddin Məhəmmədəliyev

"Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. 

O, klubunun saytına Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini açıqlayıb: “Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İlk hədəf Avropa Konfrans Liqasında uğurlu çıxış etməkdir. Azarkeşlərlə bağlı verilən qərar məni çox sevindirdi. Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrail "Aşdod"u ilə qarşılaşacaq.