20:46 11-07-2021
news_image
310
FUTBOL

İlk məğlubiyyət – “Qarabağ”dan

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ikinci yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Rusiya “Arsenal”ı ilə görüşüb.

Qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarıda fərqlənən Tula təmsilçisi minimal hesabla qələbə qazanıb.

Bu, Qurban Qurbanovun yetirmələrinin ilk məğlubiyyəti olub. 4 gün öncə “Qarabağ” Bolqarıstan MOİK-inə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ağdamlılar iyulun 15-də Almaniya “Auqsburq”u ilə görüşəcək.

Yoxlama oyunu
11 iyul
19:00. “Qarabağ” (Azərbaycan) – “Arsenal” (Rusiya) – 0:1
Markov, 20