09:12 12-07-2021
news_image
253
AVRO-2020

Simvolik “11-liy”i açıqlandı – AVRO-2020-nin

AVRO-2020-nin simvolik komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “WhoScored” futbolçuların turnir boyu müxtəlif göstəricilərinə əsasən, rəmzi “11-lik” formalaşdırıb.

Maraqlıdır ki, heyətdə çempion İtaliya yığmasından cəmi bir oyunçu yer alıb. Əvəzində finalçı İngiltərə millisinin 3 üzvü fərqləndirilib.

Qapıçı: Lukaş Qradeçki (Finlandiya);
Müdafiəçilər: Vladimir Çufal (Çexiya), Harri Maquayr, Con Stounz, Lyuk Şou (hamısı İngiltərə);
Yarımmüdafiəçilər: İvan Perişiç (Xorvatiya), Pol Poqba (Fransa), Marko Verratti (İtaliya), Emil Forsberq (İsveç);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Patrik Şik (Çexiya).

Qeyd edək ki, “Uembli” stadionunda keçirilən final matçında İtaliya İngiltərəni 1:0 hesabı ilə məğlub edib.