09:27 12-07-2021
news_image
424
FUTBOL

“Güclü komanda çalışdırmaq istəyirdim” – de Byazi təəssüflənir

“Təxminən üç il əvvəl Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqniev Boniek mənimlə əlaqə saxladı, amma sonra baş məşqçi seçdilər”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşa mətbuatına açıqlamasında deyib.

2018-ci ildə Polşadan təklif aldığını təsdiqləyən italiyalı mütəxəssis həmin vaxt keçidin baş tutmaması barədə bunları deyib: “Albaniya millisindən ayrıldıqdan sonra maraqlı təklif gözləyirdim. Güclü komandada, maraqlı oyunçularla birgə çalışmaq istəyirdim. Polşa Futbol Assosiasiyasından zəng gələndə sevindim. Polşada işləmək mənim üçün çox gözəl çağırış olardı. Bu milliyə rəhbərlik edə bilmədim, amma... Bu hadisə çoxdan baş verib, indi bunu müzakirə etməyin mənası yoxdur”.

Qeyd edək ki, Canni de Byazi ötən ildən Azərbaycan millisini çalışdırır.