11:14 12-07-2021
news_image
575
AVRO-2020

Sabahı bilən və 38 nəfəri qabaqlayan mətbuat katibi – AVRO-2020

AVRO-2020 İtaliyanın çempionluğu ilə başa çatıb.

Apasport.az saytının turnirdən əvvəl mətbuat katibləri və jurnalistlər arasında apardığı sorğunun qalibi müəyyənləşib.

Ümumilikdə 11 mətbuat xidmətinin rəhbəri və 28 idman jurnalisti arasında aparılan səsvermənin nəticəsinə görə, cəmi bir nəfərin proqnozu tam özünü doğruldub. Bu, “Sabah”ın mətbuat katibi Elnur Həmidovdur. Həmidov həm İtaliya - İngiltərə finalını, həm də “Skuadra Adzurra”nın çempionluğunu tapan yeganə şəxsdir.

Klub nümayəndələrindən Rəşad Məmmədov, Firuz Abdulla, Aslan Şahgəldiyev, həmkarlarımızdan isə İbrahim Cəfərov, Vüsal Mahmudov, Aydın Bağırov, Teymur Tuşiyev və Mehman Rəsulov İtaliyanın çempion olacağını öncədən proqnozlaşdırmışdı.

Səsvermədə iştirak edənlərdən daha 14 nəfər İngiltərənin, 2 nəfər isə İtaliyanın həlledici matça yüksələcəyini yazmaqda yanılmayıb.

PROQNOZLAR
MƏTBUAT KATİBLƏRİ

Rüstəm Allahverdiyev (“Neftçi”): Türkiyə - Belçika finalı. Çempion Türkiyə
Gündüz Abbaszadə (“Qarabağ”): Fransa – Portuqaliya finalı. Çempion Fransa
Rəşad Məmmədov (“Sumqayıt”): İtaliya – Fransa finalı. Çempion İtaliya
Elmar Abdullazadə (“Zirə”): Fransa – İspaniya finalı. Çempion Fransa
Elnur Həmidov (“Sabah”): İtaliya – İngiltərə finalı. Çempion İtaliya
Səbuhi Məmmədov (“Keşlə”): İngiltərə - Xorvatiya finalı. Çempion İngiltərə
Mehriban Mürsəlova (“Səbail”): Portuqaliya – Fransa finalı. Çempion Portuqaliya
Firuz Abdulla (AFFA): İtaliya – Belçika finalı. Çempion İtaliya
Aslan Şahgəldiyev (PFL): İtaliya – Fransa finalı. Çempion İtaliya
Qabil Mehdiyev (AGİN): Almaniya - İngiltərə finalı. Çempion Almaniya
Anar Şabanoğlu (AİJA): İngiltərə - Belçika finalı. Çempion İngiltərə

JURNALİSTLƏR
Ruslan Mikayıllı (Azerisport.com): Fransa - Portuqaliya finalı. Çempion Fransa
Elsevər Məmmədov (Qafqazinfo.az): Belçika – Fransa finalı. Çempion Belçika
Əli Sahib (Fanat.az): Fransa – Belçika finalı. Çempion Fransa
Ceyhun Əliyev (Futbol24.az): İngiltərə - Fransa finalı. Çempion İngiltərə
Amal Abuşov (Sport7.az): Fransa – Türkiyə finalı. Çempion Fransa
İlkin Vaqifoğlu (Sportinfo.az): Fransa – İngiltərə finalı. Çempion Fransa
İbrahim Cəfərov (Futbolxeber.az): İtaliya – Türkiyə finalı. Çempion İtaliya
Kənan Həsənov (Futbol+ qəzeti): Fransa – Belçika finalı. Çempion Fransa
Həbib Aslanov (Offsideplus.az): Fransa – Belçika finalı. Çempion Fransa
Elşən Məmmədov (Report.az): Fransa – İngiltərə finalı. Çempion Fransa
Səbuhi Musayev (Oxu.az): Belçika – Fransa finalı. Çempion Belçika
Rəşad Ergün (Komanda.az): Fransa – İtaliya finalı. Çempion Fransa
Vüsal Mahmudov (Futbolinfo.az): İtaliya – Fransa finalı. Çempion İtaliya
Aydın Bağırov (Qol.az): İtaliya – Fransa finalı. Çempion İtaliya
Kamran Hacı (Allsport.az): Türkiyə - Fransa finalı. Çempion Türkiyə
Teymur Maksutov (1news.az): İngiltərə - Fransa finalı. Çempion İngiltərə
Elmir Əliyev (Haqqın.az): Fransa – İngiltərə finalı. Çempion Fransa
Teymur Tuşiyev (Sputnik.az): İtaliya – Belçika finalı. Çempion İtaliya
Həmidağa Məcidov (APA TV): İngiltərə - Fransa finalı. Çempion İngiltərə
Səbuhi Məmmədli (Lent.az): Fransa - İngiltərə finalı. Çempion Fransa
Vüqar Həsənov (Vesti.az): Fransa – İngiltərə finalı. Çempion Fransa
Tahir Mirzə (İdman Azərbaycan): Fransa – İtaliya finalı. Çempion Fransa
Şəmsəddin Abbasov (CBC Sport): Fransa – İngiltərə finalı. Çempion Fransa
İlkin Xəlilov (ATV): Fransa – İngiltərə finalı. Çempion Fransa
Ceyhun Rzayev (Xəzər TV): Fransa – Belçika finalı. Çempion Fransa
Tural Dadaşov (İTV): İngiltərə - Almaniya finalı. Çempion İngiltərə
Mehman Rəsulov (Real TV): İtaliya – Xorvatiya finalı. Çempion İtaliya
Heybət Məmmədov (ARB 24): Fransa – İspaniya finalı. Çempion Fransa

Qeyd edək ki, Londondakı “Uembli” stadionunda keçirilən final matçında İtaliya İngiltərəni penaltilər seriyası ilə məğlub edərək, tarixində ikinci Avropa çempionluğunu qazanıb.