13:00 12-07-2021
news_image
170
AVRO-2020

19 polis xəsarət aldı, 49 fanat saxlanıldı – finaldan sonra

AVRO-2020-nin İtaliya və İngiltərə arasında final matçından sonra qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, polis və azarkeşlər arasında toqquşmadan sonra 19 asayiş keşikçisi xəsarət alıb.

Londondakı “Uembli” stadionundakı qarşılaşmadan sonra yaşanan hadisə zamanı 49 fanat saxlanılıb.

Qeyd edək ki, İngiltərə millisi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında uduzub – 2:3.