13:09 12-07-2021
news_image
300
FUTBOL

Daha bir futbolçunu baxışa gətirir – “Keşlə”

“Keşlə” daha bir futbolçunu baxışdan keçirəcək.

Bu barədə apasport.az saytına Bakı klubunun baş məşqçisi Sənan Qurbanov məlumat verib.

41 yaşlı mütəxəssis iranlı yarımmüdafiəçi Reza Kərimi ilə yanaşı, Ramazani adlı ön xətt oyunçusunu da sınayacağını söyləyib: “Reza Kəriminin yolunu gözləyirik. Sabaha-birigünə gəlməlidir. Gənc futbolçudur, pleymeyker mövqeyində çıxış edir. Onunla birlikdə vinger mövqeyində oynayan Ramazani də baxışa gələcək. Aldığım məlumata görə, viza ilə bağlı müəyyən problemləri var, həll etdikdən sonra düşərgəmizə qoşulacaq”.

Qeyd edək ki, karyerası ərzində ölkəsi İranla yanaşı, Malayziya və Albaniyada da legioner həyatı yaşayan 23 yaşlı Reza Kəriminin son klubu “Maşinsazi” olub.