22:03 12-07-2021
news_image
222
FUTBOL

“Olimpiakos”a gedir – AVRO-2020-nin çempionu

İtaliya millisinin heyətində AVRO-2020-nin qalibi olan Salvatore Siriqu yay transfer pəncərəsində klubunu dəyişməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı qapıçı “Torino”dan ayrılmağı məqsədəuyğun sayıb.

Millidə Canluici Donnarummanın əvəzləyicisi Yunanıstandan cəlbedici təklif aldığı üçün A seriyasını tərk etmək fikrindədir. “Olimpiakos” qapıçıya 2 illik müqavilə təklif edib. Pireylilər ona ildə 1,5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Olimpiakos” Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin mümkün rəqibidir. Paytaxt klubu Tbilisi “Dinamo”sunu keçsə, pireylilərlə üz-üzə gələcək.