13:56 12-07-2021
news_image
238
FUTBOL

Millimizdəki çətinlikdən danışdı – de Byazi

“Mançininin İtaliyasının sirri nədə idi? Həqiqətən də, gözəl kollektivdir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya millisinin Avropa çempionu olması barədə danışarkən deyib.

“Rai 1” radiosuna danışan italiyalı mütəxəssis həmyerlilərinin AVRO-2020-nin finalında İngiltərəni məğlub etmələrini dəyərləndirib: “İtaliya millisinin sirri komanda işi, Roberto Mançini və federasiyanın ciddiliyi idi. Hər şeydən əvvəl yığmada heç bir problemin olmadığı sağlam bir mühit formalaşıb. Hamı qərarlıdır, işlərində və hədəfdə birlikləri var”.

De Byazi Azərbaycan millisi ilə də böyük turnirlərin final mərhələsində iştirak hədəflədiyini vurğulayıb. O, Albaniya yığması ilə qazandığı uğuru millimizdə təkrarlamaq niyyətindədir: “Dünya çempionatına vəsiqə qazanmaq üçün Albaniya ilə etdiyimizi təkrarlamağa çalışacağıq. Çox çətin olacağını bilirik, ancaq uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Londondakı “Uembli” stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan AVRO-2020-nin final matçında İtaliya İngiltərəni penaltilər seriyası ilə üstələyib.