14:22 12-07-2021
news_image
111
DİGƏR NÖVLƏR

İdmançı sayı açıqlandı – MDB oyunlarında

MDB ölkələrinin ilk Oyunlarında 2 minə yaxın idmançı iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın idman naziri Oleq Matısin açıqlayıb.

O, Kazandakı yarış barədə fikirlərini bildirib: “Oyunların startına iki aydan az vaxt qalıb. Hazırlıq dinamik rejimdə gedir. Kazanda 10 ölkədən 2 minə yaxın idmançı gözləyirik. Qərara gəldik ki, gələn nümayəndə heyətlərinin xərclərini təşkilatçılar hesabına ödəyək”.

Qeyd edək ki, Oyunlar sentyabrın 4-11-də keçiriləcək. Turnirdə 14-23 yaşlı idmançılar iştirak edəcək.