16:14 12-07-2021
news_image
229
FUTBOL

80 milyonluq təklif - Kyezaya

İtaliya millisinin futbolçusu Federiko Kyeza klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Avropanın digər nəhənglərinin də maraq dairəsinə düşüb.

Forvardın xidmətində “Bavariya” maraqlıdır. Almaniya klubu Avropa çempionu üçün 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Yuventus” Kyezanı heyətində saxlamaq niyyətindədir. Lakin koronavirus pandemiyasının maliyyə durumuna təsir etməsi klub rəhbərliyini fikrindən döndərə bilər.