16:22 12-07-2021
news_image
195
FUTBOL

Yubileyə hazırlaşır – “Neftçi”

“Neftçi” Çempionlar Liqasında yubiley matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab görüşü Bakı klubunun turnirdə 20-ci sınağı olacaq.

Paytaxt təmsilçisi indiyədək qitənin ən nüfuzlu klub turnirində 19 matça çıxıb. Aktivində 6 qələbə olan “ağ-qaralar” 5 heç-heçə edib və 8 dəfə uduzub. “Neftçi” Çempionlar Liqasında 16 qol vurub və 33-nü buraxıb.

Qeyd edək ki, “Neftçi” – “Dinamo” qarşılaşması iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.