16:36 12-07-2021
news_image
187
FUTBOL

“Qalatasaray”a keçidi baş tutmadı – “Napoli”nin futbolçusunun

“Napoli”nin müdafiəçisi Mario Ruinin Türkiyəyə köçmək variantı baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Qalatasaray”ın maraq dairəsinə olsa da, keçid alınmayıb.

Buna səbəb klublar arasındakı danışıqların uğursuz nəticələnməsidir. İstanbul təmsilçisi 30 yaşlı sol cinah oyunçusunu sonradan transfer etmək şərtilə icarəyə götürmək istəyib. Lakin neapollular icarə variantına müsbət yanaşmayıb, Ruini 8 milyon avro qarşılığında satmağa hazır olduğunu bəyan edib. Nəticədə tərəflər ortaq məxrəcə gələ bilməyib.

Qeyd edək ki, ötən mövsüm 36 oyun keçirən Mario Rui 2 məhsuldar ötürmə verib.