17:37 12-07-2021
news_image
347
FUTBOL

“Neftçi” - “Dinamo” oyununun biletləri sabahdan satışda - gəlirin yarısı Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 10:00-da satışa çıxarılacaq.

Qarabağ Dirçəliş Fondundan APA-ya verilən məlumata görə, “Neftçi” “Dinamo” ilə oyunun biletlərinin satışından əldə olunacaq vəsaiti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə edəcək.

Qeyd edək ki, qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək mümkündür. Kassalar saat 21:00-dək işləyəcək.