20:10 12-07-2021
news_image
218
FUTBOL

Tarix nə vəd edir? – “Neftçi” üçün

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab oyununu iyulun 14-də keçirəcək.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının həmin tarixdəki 10-cu sınağı olacaq.

İndiyədək komandalarımız 9 dəfə iyulun 14-də meydana çıxıb. Bu matçlarda yalnız iki qələbə qeydə alınıb. 

16 il əvvəl “Bakı” “Jilina”nı bir qolla üstələsə də, sonradan Slovakiyada üstünlüyünü əldən verib. 5 il əvvəl isə “Qəbələ” Macarıstanda MTK-dan güclü olub.

İyulun 14-də təmsilçilərimiz üç heç-heçə edib və 4 dəfə uduzub. “Neftçi”nin bu gündəki yeganə qarşılaşması 5 il öncəyə təsadüf edib. Bakılılar evdə “Şkendiya” ilə qolsuz sülhə imza atıb.

1999. “Sloqa Yuqomaqnat” (Şimali Makedoniya) – “Kəpəz” – 1:0
2005. “Bakı” – “Jilina” (Slovakiya) – 1:0
2005. “Nistru” (Moldova) – “Xəzər Lənkəran” – 3:1
2009. “Ekranas” (Litva) – “Bakı” – 2:2
2011. “Makkabi” (Təl-Əviv, İsrail) – “Xəzər Lənkəran” – 3:1
2011. “Streymur” (Farer adaları) – “Qarabağ” – 1:1
2016. “Admira” (Avstriya) – “Kəpəz” – 1:0
2016. “Neftçi” – “Şkendiya” (Albaniya) – 0:0
2016. MTK (Macarıstan) – “Qəbələ” – 1:2