17:57 12-07-2021
news_image
152
FUTBOL

“Bavariya”da ciddi itki – millidə ayağı qırıldı

“Bavariya” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Münhen klubunun müdafiəçisi Alfonso Devis uzun müddətə sıradan çıxıb.

Klubun mətbuat xidməti gənc müdafiəçinin Kanada millisinin heyətində olarkən sol ayaq topuğundan ciddi xəsarət aldığını və həkim müayinəsi zamanı sınıq aşkarlandığını bildirib. Devis müalicə üçün artıq Münhenə yollanıb. Onun əməliyyat olunmadan sağalması gözlənilir.

Qeyd edək ki, Alfonso Devis 2018-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir.