19:06 12-07-2021
news_image
136
FUTBOL

Yeni müqavilə - "Zirə"də

“Zirə” Felipe Pahtmanla yeni müqavilə imzalayıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququ alınmaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb.

21 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.