09:14 13-07-2021
news_image
510
FUTBOL

Fransalı müdafiəçi ilə müqavilə imzalayır – “Neftçi”

Fransanın “Havr” klubunun futbolçusu Romain Bask karyerasını Azərbaycanda davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “LEquipe” nəşri yayıb.

Fransanın II liqa təmsilçisi ilə yollarını ayıran mərkəz müdafiəçisinin müqavilə üçün Azərbaycana yollandığı bildirilib. 26 yaşlı oyunçu “Neftçi” ilə 2 illik müqavilə imzalayacaq və avrokubokların növbəti mərhələsi üçün sifariş olunacaq.

Qeyd edək ki, fransalı 2018-ci ildən “Havr”ın formasını geyinir.