09:49 13-07-2021
news_image
130
FUTBOL

“Futbol onlarla daha gözəldir” - Patrik Andrade

"Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade deyib.

Klubun saytına açıqlama verən kabo-verdeli yarımmüdafiəçi komandanın Avstriyadakı hazırlıq prosesini dəyərləndirib: “Hazırlıq planlaşdırılan şəkildə davam edir. Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır. Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq”. 

Andrade azarkeşlərin stadionlara buraxılmasına da münasibət bildirib: “Azarkeşlərin tribunalara qayıtmasına çox sevinirik. Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".