10:11 13-07-2021
news_image
387
FUTBOL

Azərbaycandan təklif aldı - “Olimpiakos”un futbolçusu

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos”un futbolçusu Statis Rokas Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli yarımmüdafiəçi özü Yunanıstan mətbuatına açıqlamasında deyib.

Lakin Rokas “Olimpiakos”u üstün tutduğunu bildirib: “Yaxın keçmişdə iki seçim şansım var idi: ya Yunanıstanda qalmalı, ya da legioner həyatı yaşamalı idim. Maddi baxımdan ən aşağı təklifi verən “Olimpiakos”u seçdim. Çünki bu komandada çıxış etmək istəyirdim. Həmin vaxt Azərbaycandan bir klubun mənə təklif etdiyi pulu desəm, məni ya dəli, ya da romantik sayarsız. Azarkeşi olduğum komandanın formasını geyinməyi puldan üstün tutdum”.

Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”sunu üstələsə, növbəti raundda “Olimpiakos”la qarşılaşacaq. Gürcüstanda 2:1 hesablı qələbə qazanan Azərbaycan çempionu cavab matçına sabah Bakıda çıxacaq.