22:04 13-07-2021
news_image
333
FUTBOL

ONun astanasında – “Neftçi” mütləq rekordunu yeniləyə bilər

Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda Tbilisi “Dinamo”su ilə qarşılaşacaq “Neftçi” özünün davam edən Azərbaycan rekordunu yeniləmək iddiasındadır.

Apasport.az saytının məlumatına görə, Bakı klubu ardıcıl 9 oyundur avrokubok matçının qolsuz tərk etmir.

Bu, Azərbaycan komandaları üçün mütləq rekorddur. Paytaxt təmsilçisi “Dinamo” ilə ev matçında da qol vursa, rekord seriyasını yubiley həddinə - 10-a çatdıracaq.

“Neftçi”nin avrokuboklarda qol vurmadığı son qarşılaşma 2018-ci il iyulun 19-da baş tutub. Həmin gün Macarıstanda “Uypeşt” flaqmanı darmadağın edib – 4:0.

2019/20 mövsümündən başlayaraq bakılıların yara bilmədiyi müdafiə xətti olmayıb. Həmin mövsümdə Moldova “Speranta”sı (3:0, 6:0), Rusiya “Arsenal”ı (1:0, 3:0), İsrail “Bney Yehuda”sı (2:2, 1:2) ilə görüşlərdə “Neftçi” qol sevinci yaşayıb. Ötən mövsümdə isə Şimali Makedoniya “Şkupi”si (2:1) və Türkiyə “Qalatasaray”ı (1:3) da “ağ-qaralar”dan qol buraxıb. 

Tbilisidə “Dinamo” ilə qarşılaşma (2:1) isə bakılıların qola sevindiyi ardıcıl 9-cu matç idi. 9 görüşdə 21 dəfə fərqlənən paytaxt futbolçuları seriyanı Bakıda 10-a çatdırmağa köklənib.

Qeyd edək ki, “Neftçi” “Dinamo”nu keçsə, Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.