11:18 13-07-2021
news_image
119
FUTBOL

Qitə çempionları qarşılaşacaq – UEFA və CONMEBOL arasında danışıq

AVRO-2020-nin qalibi İtaliya ilə Amerika kubokunu qazanan Argentina millisi arasında oyun keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda CONMEBOL-la UEFA arasında bununla bağlı danışıq aparılır.

Razılıq əldə olunarsa, qitə çempionları öz aralarında ən güclünü müəyyənləşdirəcəklər. Lakin təqvim sıxlığı səbəbindən matçın bu il baş tutması çətin görünür. Bu üzdən qurumlar ən geci gələn il bu matçın keçirilməsi üçün vaxt təyin etməyə çalışırlar.

Qeyd edək ki, İtaliya millisi 53 ildən, Argentina yığması isə 28 ildən sonra qitəsinin çempionu olub.