12:00 13-07-2021
news_image
178
FUTBOL

Premyer Liqada saxlanıldı – millimizin futbolçusu

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin formasını geyindiyi “Minay” klubunun Ukrayna Premyer Liqasında qalacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Donetsk “Olimpik”inin maliyyə problemi səbəbindən fəaliyyətini dayandırdığını elan etməsidir.

Onları ötən mövsüm sonuncu yeri tutaraq elitanı tərk edən “Minay” əvəzləyəcək. Premyer Liqa klubları hələ ötən mövsümün sonlarında belə vəziyyət yaranacağı təqdirdə, “Minay”ın yüksək dəstədə saxlanılmasına razılıqlarını veriblər. Ölkə çempionatlarının digər bölgələrindəki iştirakçıların tam siyahısı müəyyənləşdikdən sonra Ukrayna Futbol Assosiasiyası iclas keçirəcək və bu qərarı rəsmən təsdiqləyərək elan edəcək.

Qeyd edək ki, bu yay “Kolos”a keçən Azərbaycan millisinin digər futbolçusu Anatoli Nuriyev də ötən mövsüm “Minay”da çıxış edib.