15:00 13-07-2021
news_image
280
AVRO-2020

Ronaldo simvolik komandaya düşmədi - AVRO-2020

UEFA AVRO-2020-nin simvolik komandasını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, rəmzi “11-lik”də çempion İtaliya 5, finalçı İngiltərə yığması isə 3 futbolçu ilə təmsil olunub.

Bundan başqa, Danimarka, İspaniya və Belçikanın 1 oyunçusu heyətdə özünə yer tapa bilib.

5 qolla turnirin bombardiri olan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo simvolik komandaya düşməyib. Canluici Donnarumma (İtaliya) isə çempionatın ən yaxşı futbolçusu seçilib. 

Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinatsola (hər ikisi İtaliya);
Yarımmüdafiəçilər: Pyerr-Emil Hoybyerq (Danimarka), Jorjinyo (İtaliya), Pedri (İspaniya);
Hücumçular: Federiko Kyeza (İtaliya), Romelu Lukaku (Belçika), Rahim Sterlinq (İngiltərə).

Qeyd edək ki, AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.