14:27 13-07-2021
news_image
684
DİGƏR NÖVLƏR

Yeniyetmə və gənc idmanı: Dünənə, bu günə və sabaha baxış - LAYİHƏ

Yeniyetmə idmanı olmadan gələcəkdə uğur qazanmaq qeyri-mümkündür.

Apasport.az saytının məlumatına görə, gələcəyin ulduzlarının təməli məhz kiçik yaşlarında qoyulur.

Bunun üçün hazırda ölkəmizdə kifayət qədər imkanlar yaradılıb. Əgər sabiq SSRİ dövründə əsas güc UGİM-lər üzərinə düşürdüsə, bu gün bunun üçün demək olar ki, əksər bölgələrimizdə yeni Olimpiya İdman Kompleksləri, müxtəlif növlər üzrə akademiyalar, həmçinin mərkəzlər fəaliyyət göstərir. Maddi-texniki bazanın möhkəmlənməsi ilə isə ölkəmizdə idmanın kütləviləşməsi üçün gözəl zəmin yaradıb.

Əminliklə deyə bilərik ki, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra yetişən uşaq və yeniyetmələr bu gün Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Bəs görəsən, başa çatmış son 2 ildə yeniyetmə və gənc idmançılarımızın nailiyyətləri nə vəd edir?

Koronavirus pandemiyasının fəsadları
Adətən ilin sonunda Azərbaycan idmançılarının qazandığı medalların ümumi sayı açıqlanır. Yeniyetmə və gənclərin nailiyyətlərinin qabardılmamasını nəzərə alan apasport.az saytı bu boşluğu son iki ilin müqayisəsi ilə aradan qaldırıb. Lakin bütün dünyada tüğyan edən koronavirus pandemiyası 
2020-ci ilə də öz damğasını vurub. Əksər dünya və qitə miqyaslı yarışlar baş tutmayıb, azsaylı turnirlərin hazırlığı isə eyni səbəbdən istənilən səviyyədə aparılmayıb. Təbii ki, bunlar da Azərbaycan təmsilçilərinin medal sayına da təsir edib. 

Yeniyetmə və gənclərin olimpiya növlərində qazandığı medalların ümumi sayı təxminən 5 dəfə azalıb. Bu da qeyd etdiyimiz kimi koronavirus pandemiyası səbəbindəndir. Sərhədlərin bağlı olması, karantin qaydalarının tətbiq edilməsi turnirlərin təşkilini mümkünsüzə çevirdi. Hətta böyüklərdən fərqli, aşağı yaş qruplarında nəinki təxirə salınıb, hətta ləğv olunub. Buna görə də 2020-ci ildə qatıldığımız yarışlarda 30 medal qazanmışıq. Bu turnirlərin əksəriyyəti də ötən ilin ilk aylarına təsadüf edib.

 

2020

2019

Qızıl

6

40

Gümüş

10

45

Bürünc

14

70

Cəmi

30

155

Yalnız karate və cüdoda çempionluq sevinci
Yeniyetmə və gənclərin qızıl medal qazandığı olimpiya növlərinə nəzər salsaq, ötən il yalnız karate və cüdoda çempionluq sevinci yaşanıb. Hərçənd ondan əvvəlki ildə belə növlərin sayı 7 olub. Koronavirus daim zirvələrdə gördüyümüz boksçuları, sərbəst və yunan-Roma güləşçilərini, həmçinin qılıncoynadanlarla ağır atletlərin uğur qazanmasına imkan verməyib. Hətta 2019-cu ildə bəzi növlər üzrə dünya səviyyəli bir sıra yarışların keçirilmədiyi üçün ötən il növlərin sayının artacağı da istisna olunmurdu. Çünki bəzi növlər çempionatlar cüt illərdə təşkil edilir.

 

2020

2019

Karate

4

4

Cüdo

2

13

Yunan-Roma güləşi

 

11

Sərbəst güləş

 

8

Boks

 

2

Qılıncoynatma

 

1

Ağır atletika

 

1

Cəmi

6

40

155-dən 30-a düşdü
2020-ci ildə yalnız karate və cüdo yığmalarımız qızıl medal gətirsə də, daha üç növ üzrə komandamız fəxri kürsüyə yüksələ bilib. Bədii gimnastika və ağır atletikada belə uğurlar təbii qarşılanırsa, bizim üçün ekzotika sayılan dağ xizəyindəki uğur xüsusi qeyd olunmalıdır. 2019-cu ildə 60-dan çox medal qazanan güləşçilərin mükafat sayındakı payı daim böyük olub. Lakin onlar ötən il xalçalardan kənar qalıblar. Ümumilikdə 10 idman növü üzrə yığmamız 2019-cu ildə qazandığı nailiyyətləri təkrarlamaq üçün imkan qazanmayıb.

 

2020

2019

Cüdo

17

48

Karate

8

9

Ağır atletika

2

8

Bədii gimnastika

2

6

Dağ xizəyi

1

 

Sərbəst güləş

 

31

Yunan-Roma güləşi

 

25

Taekvondo

 

8

Boks

 

6

Qadın güləşi

 

6

Stölüstü tennis

 

2

Qılıncoynatma

 

2

Atletika

 

2

Triatlon

 

1

İdman gimnastikası

 

1

Cəmi

30

155

Cəmi 2 medal
Yeniyetmə və gənclərin ötən il qazandığı medallardan yalnız ikisi dünya səviyyəli turnirlərə təsadüf edib. Murad Əliyevlə və Əli Şükürlü ağır atletika üzrə yeniyetmələrin dünya kubokunda bayrağımızı yüksəklərə qaldırıb. Hər iki təmsilçimiz gümüş mükafata sahib çıxıb. Bir il əvvəl bu rəqəm 48-ə bərabər olub.

 

2020

2019

Qızıl

0

5

Gümüş

2

18

Bürünc

0

25

Cəmi

2

48

Avropa birincilikləri ilə kompensasiya
Yeniyetmə və gənclərin olimpiya növləri üzrə qazandığı medalların böyük hissəsi qitə səviyyəli yarışlarda əldə olunub. İdmançılarımız Avropa çempionatları və kuboklarında 27 mükafata sahib çıxıb. Bunlardan 6-sı qızıl, 8-i gümüş, 13-ü bürüncdür. Halbuki 2019-cu ildə təkcə qızıl medalların sayı bir il sonrakı ümumi göstəricidən artıq olub. Həmin il 35 qızıl mükafat qazanan həmyerlilərimiz 26 dəfə ikinci, 45 dəfə üçüncü pilləyə qalxıblar.

 

2020

2019

Qızıl

6

35

Gümüş

8

26

Bürünc

13

45

Cəmi

27

106

İdmançılarımız arxada qalan iki ildə təkcə dünya və Avropa səviyyəli turnirlərdə fərqlənməyib. Onların aktivində beynəlxalq turnir və Qran-prilərdə də mükafatçılar sırasına düşüblər.

Sabaha ümid
Təbii ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bu uğuru 2021-ci ildə davam etdirir. Koronavirus pandemiyasını nəzərə almasaq, hər il yüksələn xətlə inkişaf edən və ildən ilə medalların sayı artan yığmalarımızın yenə də bunu davam etdirəcəyinə inam böyükdür. Əsas komandalarımızla yanaşı, aşağı yaş qruplarının da bu siyahıda mühüm rolu olacağı inandırıcıdır. Artıq geridə qalan 6 ayın göstəricilərinə əsasən demək olar ki, 2019-cu ildəki uğur tamam təkrarlanmasa da, 2020-ci ilin nəticələrini üstələyəcəyik. Bu gün cüdo, karate, güləş, boks, bədii gimnastika kimi növlərdə qazanılan nailiyyətlər belə deməyə əsas verir. Hər ilin sonunda açıqlanan siyahıda bu dəfə də artımın olacağını proqnozlaşdırmaq elə də çətin deyil.

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur