13:35 13-07-2021
news_image
139
FUTBOL

Biri gəldi, biri getdi – PSJ-də

Fransanın PSJ klubu heyətində bəzi dəyişikliklər edib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi heyətinə bir yeni futbolçu qatıb, digərini isə göndərib.

Paris klubu “Genqam”ın müdafiəçisi Lenni Manislə müqavilə bağlayıb. 18 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər anlaşma imzalanıb.

Sağ cinah müdafiəçisi Tyerno Balde isə “Havr”a keçib. 19 yaşlı oyunçu bir illik icarəyə verilib.