10:17 18-07-2021
news_image
195
FUTBOL

Ən çox qol vurulan Avropa çempionatları - orta hesabla

Ən çox qol vurulan Avropa çempionatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, müxtəlif turnirlərdə fərqli sayda komandalar iştirak etdiyindən, siyahı orta hesabla hər matçda qeydə alınan qol sayına görə müəyyənləşdirilib.

Bu mənada yenicə başa çatan AVRO-2020 zirvədə qərarlaşır. İtaliya yığmasının çempionluğu ilə yekunlaşan builki qitə birinciliyinin 51 görüşündə futbolçular 142 dəfə qapılara yol tapıblar. Bu da orta hesabla hər oyuna 2,78 qol deməkdir.

1. AVRO-2020 – 2,78 qol
Oyun sayı: 51
Qol sayı: 142
Orta hesabla hər oyunda vurulan qol sayı: 2,78

2. AVRO-2000 – 2,74
Oyun sayı: 31
Qol sayı: 85
Orta hesabla: 2,74

3. AVRO-1984 – 2,73
Oyun sayı: 15
Qol sayı: 41
Orta hesabla: 2,73

4-5. AVRO-2008 – 2,48
Oyun sayı: 31
Qol sayı: 77
Orta hesabla: 2,48

AVRO-2004 – 2,48
Oyun sayı: 31
Qol sayı: 77
Orta hesabla: 2,48

6. AVRO-2012 – 2,45
Oyun sayı: 31
Qol sayı: 76
Orta hesabla: 2,45

7. AVRO-1988 – 2,27
Oyun sayı: 15
Qol sayı: 34
Orta hesabla: 2,27

8. AVRO-1992 – 2,13
Oyun sayı: 15
Qol sayı: 32
Orta hesabla: 2,13

9. AVRO-2016 – 2,12
Oyun sayı: 51
Qol sayı: 108
Orta hesabla: 2,12

10. AVRO-1996 – 2,06
Oyun sayı: 31
Qol sayı: 64
Orta hesabla: 2,06