14:03 13-07-2021
news_image
195
TOP OYUNLARI

Avrokuboka gedəcək komandamız dəqiqləşdi – “Azəryol”

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa kubokunda iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, təmsilçimizin qatılacağı turnirin 2021/22 mövsümündə 57 komanda mübarizə aparacaq. 

Yarışın ilk püşkatması iyulun 20-də baş tutacaq. 50 klub ikinci raundda 25 cüt təşkil edəcək. Püşkatma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

“Azəryol”un ilk oyunu oktyabrın 16-17-də, cavab görüşü 23-24-də keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm klub rəhbərliyi və Avropa Həndbol Federasiyası (EHF) arasında danışıqlardan sonra “Azəryol” yarışa qatılmaqdan imtina etməyə məcbur olmuşdu. Serbiya təmsilçisi “Naisa Niş”lə görüşlərin təşkilinin gerçəkləşməməyinə səbəb koronavirus pandemiyası ilə bağlı durum idi.