15:08 13-07-2021
news_image
424
TOKİO-2020

Rüstam Orucovla birlikdə Fəridə Əzizova da bayraqdar olacaq - Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını 1 kişi və 1 qadın idmançı daşıyacaq.

Bu barədə apasport.az saytına Milli Olimpiya Komitəsinin mətbuat verilib. 

Bildirilib ki, bayrağımızı cüdoçu Rüstəm Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək keçiriləcək.