15:41 13-07-2021
news_image
241
FUTBOL

“Komandanın açarı Mahirdir” – “Legiya”nın baş məşqçisi

“Bir qollu üstünlüyü qorumaq üçün meydana çıxmayacağıq. Bizim məqsədimiz mümkün olan ən yaxşı nəticəni əldə etməkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının I təsnifat mərhələsində “Bodo-Qlimt”lə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə 3:2 hesablı qələbə qazanan komandasından yenə eyni performansı gözlədiyini söyləyib. O, “cavab matçında açarınız kim olacaq” sualına yanında əyləşən azərbaycanlı hücumçu Mahir Emrelini göstərərək cavab verib: “Məncə, komandanın açarı yanımda oturan Mahirdir. Bizim yaxşı hücumçularımız var. Tomaş Pekartla Mahir Emreli eyni vaxtda meydanda ola bilərlər. Əlbəttə ki, belə matçlarımız olacaq. Həm Mahir, həm də Tomaş son vaxtlar iki hücumçulu taktika ilə oynamayıblar. Bizim hətta onları əvəz edəcək oyunçularımız da var”.

Qeyd edək ki, “Legiya” – “Bodo-Qlimt” oyunu sabah keçiriləcək.