16:16 13-07-2021
news_image
477
DİGƏR NÖVLƏR

Vəzifəsindən azad edildi - Naxçıvanın gənclər və idman naziri

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azad Cabbarovun Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib.