19:47 13-07-2021
news_image
175
FUTBOL

"Gəlişimizin səbəbi "Neftçi"nin zəif cəhətlərindən yararlanmaqdır" - "Dinamo"nun futbolçusu

“Neftçi"ni güclü komanda kimi tanıyırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Dinamo”sunun futbolçusu Giorgi Kutsiya Çempionlar Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi matçın baş tutacağı “Bakcell Arena”dakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bura gəlişimizin səbəbi "Neftçi"nin zəif cəhətlərini tapmaq, ondan yararlanmaq və qələbə qazanmaqdır".