09:41 14-07-2021
news_image
164
FUTBOL

Özünə klub tapdı – millinin sabiq hücumçusu

Kolumbiya millisinin sabiq futbolçusu Karlos Bakkanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, tanınmış hücumçu karyerasına “Qranada”da davam edəcək.

İspaniya təmsilçisi forvardla 1 illik müqavilə bağlayıb. 34 yaşlı cənubi amerikalının son klubu “Vilyarreal” olub. O, ötən mövsüm başa çatdıqdan sonra klubdan ayrılıb.

Qeyd edək ki, Karlos “Milan” və “Sevilya” kimi klublarda da oynayıb.