11:35 14-07-2021
news_image
254
FUTBOL

Erməni futbolçu Bakıya gəlməyəcək – “Keşlə” ilə oyun üçün

Konfrans Liqasında “Keşlə”nin rəqibi olan Rusiyanın “Soçi” klubunun erməni futbolçusu Erik Vardanyan Bakıya gəlməyəcək.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibinə qarşı oynamayacaq.

Buna səbəb Vardanyanın avrokuboklarda “Soçi”nin şərəfini qoruya bilməməsidir. Rusiya təmsilçisi erməni oyunçusunu “Pünik”ə icarəyə verib.

Qeyd edək ki, əvvəllər də “Pünik”də oynamış Erik “Soçi”nin heyətində cəmi 1 matça çıxıb.