11:41 14-07-2021
news_image
176
FUTBOL

Almaniyada əməliyyat olundu – “Qarabağ”ın müdafiəçisi

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə gənc müdafiəçi öz instaqram səhifəsi vasitəsilə məlumat yayıb.

Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı sol ayağından zədələnən 21 yaşlı cinah oyunçusunun əməliyyatı Almaniyada baş tutub. Topuq bağları qopan Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı öncədən bildirilmişdi.

Qeyd edək ki, “Qarabağ”ın digər müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən uzun müddətə sıradan çıxıb.