12:15 14-07-2021
news_image
156
FUTBOL

“Neftçi” - “Dinamo”: Kim güclüdür?

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) - “Dinamo” (Tbilisi, Gürcüstan) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə oynayacaq Bakı təmsilçisini matçın favoriti sayırlar.

Bu gün Bakıdakı “Bakcell Arena”da baş tutacaq matçda “Neftçi”nin qələbəsi 1,91, məğlubiyyəti 3,76 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,34 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.