12:33 14-07-2021
news_image
180
FUTBOL

“Ronaldo axmaq və xəstədir” – Peresin növbəti səs yazısı yayıldı

İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin daha bir səs yazısını yayıb.

Apasport.az saytının məlumatına görə, futbol funksionerinin bu dəfə komandanın sabiq hücumçusu Kriştiano Ronaldonun ünvanına təhqiramiz ifadələr işlədiyi məlum olub.

2012-ci ilin oktyabrına aid olan səs yazıda Peres portuqaliyalını axmaq adlandırıb: “Ronaldo dəlidir. Bu oğlan axmaq və xəstədir. Siz onun normal olduğunu düşünürsüz. Amma anormaldır, əks halda bunları etməzdi. Son axmaqlığını bütün dünya gördü. Sizcə, niyə belə axmaq hərəkətlər edir”?

Klub prezidenti bu fikirləri həmin vaxt Ronaldonun vurduğu qolları qeyd etməməsi ilə bağlı sualı “burada xoşbəxt deyiləm” deməsinə əsasən səsləndirib. Həmçinin o, menecer Jorje Mendeş və həmin vaxtkı baş məşqçi Joze Mourinyonun CR7-yə nəzarət edə bilmədiyini vurğulayıb: “Mourinyo və Ronaldo dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanıb. Reallığı görmürlər, Fərqli davransaydı, daha çox pul qazana bilərdi. Onlar iki anormal insandır. Çünki imic hüquqlarında çoxlu pul var. Heç kimin bəyənmədiyi sərt davranışları var. Bu, antireklamdır”.

Qeyd edək ki, dünən Florentino Peresin “Real”ın digər əfsanəvi futbolçuları İker Kasilyas və Raul Qonzales haqda səsləndirdiyi sərt fikirlərin də səsyazması yayılıb.