19:54 14-07-2021
news_image
210
FUTBOL

“Qaziantep”ə də uduzdu - “Sumqayıt”

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi qardaş ölkədə 3-cü matçına çıxıb.

Bunadək “Keçiörəngücü”yə 1:2, “Sivasspor”a 0:2 hesabı ilə uduzan Ayxan Abbasovun yetirmələri "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "Boluspor" klubunun bazasında baş tutub.

Sumqayıtlılar bu dəfə meydandan məğlub ayrılıb. Matçın taleyini ilk yarıda həll edən Türkiyə təmsilçisi malili legioneri Nuha Dikonun 30-cu və 40-cı dəqiqədəki qollarına sevinib. Təmsilçimizin gücü yalnız matçın sonlarında təsəlli qolu vurmağa çatıb. Xəzər Mahmudov fərqlənib.

Qeyd edək ki, sumqayıtlılar 2021/22 mövsümünə iyulun 21-də start verəcək. Abbasovun komandası Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Serbiya “Çukariçki”sinin qonağı olacaq.

Yoxlama oyunu
14 iyul
18:00. “Sumqayıt” (Azərbaycan) – “Qaziantep” (Türkiyə) – 1:2

Xəzər Mahmudov, 84
“Boluspor”un bazası